Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

/ Çərşənbə, 19 Fevral 2020 10:43
Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

Çində koronavirus qurbanlarının sayı durmadan artır.

Son məlumata görə, ölkədə 2 004 nəfər virusun qurbanı olub. Çin həkimləri 14 376 xəstənin sağalmasına nail olublar.

Bildirilir ki, ölkədə virusa yoluxanların sayı da artaraq 74 185 nəfərə çatıb.

Ötən gün virusa ölkə üzrə 1 749 yoluxma təsdiqlənib, 136 ölüm hadisəsi qeydə alınıb. Onlardan 132-i Hubey əyalətində baş verib. 

Qeyd edək ki, Çində koronavirus ötən ilin sonlarında Hubey əyalətində yayılmağa başlayıb. 

Please publish modules in offcanvas position.