Belçikada insan sümüklərindən hörülmüş divar aşkarlandi

/ Çərşənbə, 19 Fevral 2020 14:12
Belçikada insan sümüklərindən hörülmüş divar aşkarlandi

Belçikanın Gent şəhərində insan sümüklərindən hörülmüş divar aşkar edilib.

İslam.az Oxu.az-a istinadən yazir ki, bu barədə “The Brussels Times” xəbər yayıb.

Bildirilir ki, divarlar, əsasən, insanların bud və ayaq sümüklərindən təşkil olunub, aralarındakı boşluq isə kəllə sümükləri ilə doldurulub.

Qeyd edək ki, qalıqlar “Müqəddəs Bavon” kilsə kompleksində qazıntılar zamanı aşkar edilib. Elm adamlarının fikrincə, qalıqlar XV əsrin ikinci yarısına aiddir, arxeoloqlar isə “sümük divarları”nın XVII-XVIII əsrlərdə tikildiyini ehtimal edirlər.

Mütəxəssislər bildiriblər ki, divarlar kilsə qəbiristanlığında yeni dəfnlər üçün yerlər azad edildiyi zaman inşa olunub. Belə ki, təmizlik işləri zamanı qəbiristanlıqdakı sümükləri atmaq olmazdı, buna görə də skeletlənmiş qalıqlar üçün xüsusi ossuariyalar hazırlanıb.

Alimlər bu tapıntının Belçika üçün unikal olduğunu vurğulayıblar. 

Please publish modules in offcanvas position.