Almaniyanın Hessen əyalətinin Hanau şəhərində atışma baş verib.
Silahlı insident zamanı 11 nəfər qətlə yetirilib.
Nəşrin məlumatına görə, daha 5 nəfər ağır yaralanıb.
Bildirilib ki, silahlı insident şəhər ərazisində yerləşən iki qəlyanxanada baş verib.
Atışmadan sonra bir nəfər saxlanılıb. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları məlumata münasibət bildirməyib.
Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir.