Londonda məscidin axunduna hücum edən şəxs həbs olundu

/ Cümə, 21 Fevral 2020 10:58
Londonda məscidin axunduna hücum edən şəxs həbs olundu

Britaniya polisi Londondakı məscidin axunduna xəsarət yetirən şəxsi həbs edib.

Bu barədə “The Guardian” xəbər verir.

Qeyd edilir ki, həmin şəxs məscidin 70 yaşlı axundunun boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.

Şahidlər bildirib ki, silahlı şəxs ibadət başlayan kimi axunda bıçaqla xəsarət yetirib. Onların sözlərinə görə, hadisəni törədən şəxs məscidə müntəzəm gəlirmiş. 

Please publish modules in offcanvas position.