Fevralın 25-nə keçən gecə imam Məhəmməd Baqirin (ə) mövludunun ildönümüdür

/ Bazar ertəsi, 24 Fevral 2020 14:20
Fevralın 25-nə keçən gecə imam Məhəmməd Baqirin (ə) mövludunun ildönümüdür

Bu gecə, Rəcəb ayının 1-i (bu il fevralın 25-nə keçən gecə), imam Məhəmməd Baqirin (ə), müsəlmanların 5-ci imamının mövlud günüdür.

İslam.az-ın məlumatına görə, İmam Məhəmməd Baqir (ə) hicrətin 57-ci ilində Mədinədə dünyaya göz açıb. Babasına çox bənzədiyi üçün o həzrətin adını Məhəmməd qoyublar. Elmin sirlərini aşkar etdiyinə görə isə ona Baqir ləqəbini veriblər.

İmam Məhəmməd Baqirin (ə) imamlıq dövrü atası imam Səccadın (ə) şəhadətə yetişməsindən sonra təqribən 20 il davam edib.

İmam 114-cü Hicri-qəməri ili Zilhiccə ayının 7-də xəlifə Hişamın əmri ilə zəhərlənib şəhid olub. İmamın məzarı Bəqi qəbristanlığında, digər 3 imamın yanında torpağa tapşırılıb.

Bu mübarək gün münasibəti ilə bütün müsəlmanları təbrik edir, onlara imam Baqir (ə) əxlaqı diləyirik.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.