"Avropa Şurası Xocalı faciəsinə göz yummamalıdır"

/ Çərşənbə axşamı, 25 Fevral 2020 15:45
"Avropa Şurası Xocalı faciəsinə göz yummamalıdır"

Kiyevdə silahlı münaqişələrdə dinc əhalinin qorunması ilə bağlı beynəlxalq konfrans keçirildi

Bu gün Ukraynanaın paytaxtı Kiyevdə Ukrayna Ombudsman ofisinin təşkilatçılığı ilə Ukrayna Radasının (parlament) Avropa Şurası Parlament Assambleyası deputatları, diplomatik korpus və ictimayyət nümayəndələrinin geniş iştirakı ilə  “Silahlı münaqişələrdə dinc əhalinin qorunması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Avrasiya Beynəlxalq İnkişaf Assosisiyasının (ABİA) dəstəyi ilə keçirilən Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirin açılış mərasimində Ukrayna Ali Radasının İnsan Haqları üzrə komissiyasının sədri, Ombudsman Lyudmila Denisova, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukrayna Ali Radasının Azərbaycanla dostluq deputat qrupunun sədri Valeriy Kolyux iştirakçıları salamlayaraq Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad etmiş, Xocalıda insanlığa qarşı baş vermiş faciənin insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğulamış və bu səbəbdən Xocalı üçün ədalətin tələb edilməsinin sadəcə Azərbaycan xalqının deyil bütün tərəqqipərvər bəşəriyyətin vəzifəsi olduğunu qeyd etmişdirlər. 

Açılış mərasimində “Xocalı – bəşəriyyətin vicdan yarası” mövzusunda çıxış edən  Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov müasir dünyada mövcud regional münaqişələr zamanı mülki əhalinin qorunmasına dair beynəlxalq və Avropa müstəvisində qəbul edilmiş normalar haqqında ətraflı məlumat verərək, bu prinsiplərin işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zamanı kobud şəkildə pozduğunu, Xocalı soyqırımının isə bu cinayətlərin ən son həddi olduğunu vurğuladı. Natiqin sözlərinə görə istər dünya ictimayyəti, istərsə də Avropa təsisatları uzun illər ərzində özlərinin elan etdikləri ali prinsiplərin Xocalı soyqırımı zamanı kobud şəkildə tapdalanmasına göz yumaraq, ikili standartlar nümayiş etdirmişdirlər. Yalnız 2009-cu ildə Heydər Əliyev Fondunun Vitse-prezidenti, İƏT Gənclər Forumunun  Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya Ədalət” kampanıyası nəticəsində beynəlxal ictimayyət bəşəriyyətin vicdan yarası olan bu faciəni tanımışdır. Bu istiqamətdə bir sıra beynəlxalq təşkilatlar və milli parlamentlər tərəfindən Xocalı soyqırımına verilən hüquqi və siyasi-mənəvi qiymət haqqında məlumat tədbir iştirakşılarının diqqətinə çatdırılmışdır .

Daha sonra keçirilmiş panel müzakirələrdə çıxış edən Ukrayna Parlamenti Sosial siyasət Komitəsinin sədr müavini Natalya Korolevska, BMT İnsan haqları monitorinq missiyasının sədr müavini Benjamin Moro, Avrasiya Beynəlxalq İnkişaf Assosisiyası İdarə Heyətini sədri Elçin Əsgərov, Avropa Parlamentinin Ukraynadakı nümayəndəsi Hanna Xristova, Ukrayna Helsinki insan haqları ittifaqının icraçı direktoru Oleksandr Pavliçenko və digərləri Xocalı faciəsinin son bir əsrdə mülki əhaliyı garşı cinayət aktları ilə müqayisəli təhlilini apararq bütün insani faciələrinin dünya ictimaiyyəti tərəfindən tanıtımı, onlara siyasi-hüquqi qiymətin verilməsinin vacibliyi məsələsini vurğulamışlar. Tədbirdə çıxış edən Valentina Əsədova   mərhum həyat yoldaş Azərbycan Milli qəhrəmanı Rəfayıl Əsədovun Qarabağ müharibəsi zamanı könüllü olaraq Vətənə döndüyünü, savaş zonasından mülki əhalinin xilasında iştirak etməsi əməliyyatları haqqında xatirələrini bölüşmüş, Xocalı faciəsinin Azərbaycan xalqı ilə yanaşı ukraynalılar üçün də yaralı tarix olduğunu qeyd etmişdir.

Tədbirdəki çıxışları yekunlaşdıran konfransın moderatoru Ukraynanın nüfuzlu “Leviy Bereq” İnstitutunun nümayəndəsi Aleksandr Demçenko Xocalı faciəsinə Avropa təsisatları tərəfindən lazımı qiymət verilmədiyini bir daha vurğulayaraq, bu istiqamətdə Avropa Şurası Parlament Assambleyasını ikili standartlara son qoyaraq, həqiqət və ədalətin tərəfində olmağa çağırmış, xüsusilə, keçirilən tədbirin bu qurumdakı ukraynalı deputatlarını da qeyd olunan istiqamətdə  fəallığına səbəb olacağına ümidini ifadə etmişdir. 

Tədbir zamanı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış XX əsrdə insanlığa qarşı törədilmiş  cinayətlər kontekstində Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimayətinə çatdıran sənədli film nümayiş etdirilmişdir.

 

Shekil 2

Shekil 3

Shekil 4

Shekil 5

Shekil 6

Please publish modules in offcanvas position.