“Fransız namazı”: Qadın məsciddə....

/ Çərşənbə axşamı, 25 Fevral 2020 16:33
“Fransız namazı”: Qadın məsciddə....

Fransa Prezidenti Emmanuel Makronun “Fransız İslam” planı çərçivəsində qadın imam paytaxt Parisdəki məscidlərdən birində cümə namazı qıldırıb.

Teleqraf.com-a istinadən İslam.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülər müsəlman ölkələrində kəskin reaksiyaya səbəb olub.

Görüntülərdə Əlcəzair əsilli bir fransız qadının məsciddə insanlara cümə namazı qıldırdığı bəlli olub.

Namazı kişilər və qadınlar birlikdə qılıb.

Qeyd edək ki, ötən il Parisdə ilk dəfə qadın və kişilərin birlikdə namaz qıla biləcəyi məscid inşa edilib. Eva Janadin və Anna-Sofiya Monsinay adlı iki qadın namaz qılanlara imamlıq etmişdi.

Əlavə edək ki, Makron “Fransız İslamı” adlandırdığı yeni dini qaydaların ölkə miqyasında tətbiq olunacağını açıqlayıb.

Please publish modules in offcanvas position.