Suriya ordusu İdlib əyalətinin şərqində ən-Nirəb qəsəbəsini itirsə də əyalətin cənubunda Kəfar-Nəbil qəsəbəsini və ətraf kəndləri nəzarətə götürüb
SalamNews-a istinadla İslam.az xəbər verir ki, ordu ötən gün İdlib əyalətinin cənubunda Kəfar-Nəbil qəsəbəsi və ətrafında 3 kəndi nəzarətə götürüb.
Eyni zamanda radikal “ən-Nusra Cəbhəsi”, tabeçiliyində olan silahlı birləşmələr və Suriya silahlı müxalifətinin digər qruplaşmaları Türkiyə artileriyasının dəstəyi ilə ən-Nirəb qəsəbəsini nəzarətə götürüblər.
Hazırda İdlib əyalətinin cənubu və şərqi tərəflər arasında şiddətli döyüşlərin şahididir.