İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri koronavirusa yoluxub.
İslam.az-ın Oxu.az-a istinadla məlumatına görə, bu barədə parlamentin milli təhlükəsizlik komissiyasının rəhbəri Höccətislam Müctəba Zunnur özü videomüraciət edib.
Son məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 22-yə yüksəlib, 141 nəfərdə isə yoluxma halı qeydə alınıb.
Bundan başqa, ötən gün 54 iranlı sağalıb və müalicə aldıqları xəstəxanalardan buraxılıb.