ABŞ Suriyadakı qarşıdurmada iştirak etməyi planlaşdırmır

/ Cümə axşamı, 27 Fevral 2020 15:52
ABŞ Suriyadakı qarşıdurmada iştirak etməyi planlaşdırmır

ABŞ, İŞİD terror qruplaşmasına qarşı mübarizə istisna olmaqla, qoşunlarını Türkiyə-Suriya sərhədinə qaytarmağı və Suriyadakı qarşıdurmada iştirak etməyi planlaşdırmır.

İslam.az bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının, ABŞ-ın Müdafiə naziri Mark Esper və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mark Millinin iştirakı silahlı qüvvələr üzrə komitədə keçirilən dinləmələrdə bildirilib.

“Hazırkı məqamda sərhədə qayıdacağımızı ehtimal etmirəm. Bizim əsas məqsədimiz Suriyanın şərqində İŞİD-ə qarşı mübarizə aparmaqdır. Suriyada yenidən vətəndaş müharibəsində iştirak etmək və ya qüvvələrimizi Suriya-Türkiyə sərhəddinə qaytarmaq niyyətimiz yoxdur”, - deyə Milli öz çıxışında deyib.

Please publish modules in offcanvas position.