İdlibin şərqində şiddətli döyüşlər gedir, Suriya Ordusu əyalətin cənubunda irəliləyib

/ Cümə axşamı, 27 Fevral 2020 17:40
İdlibin şərqində şiddətli döyüşlər gedir, Suriya Ordusu əyalətin cənubunda irəliləyib

Suriya Ordusu Hələb-Dəməşq yolu üzərində yerləşən Suraqib qəsəbəsini itirsə də əyalətin cənubunda 10-dan çox kəndi azad edib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Suriya Ordusu İdlib əyalətinin cənubunda sürətlə irəliləyərək, son sutkada 10-dan çox kəndi azad edib.

SANA bildirib ki, Suriya Ordusu bu əməliyyat nəticəsində Həma əyalətinin şimal bölgələrinin təhlükəsizliyini tam şəkildə təmin etməyə yaxındır.

Rusiya hərbi mənbələri bu əməliyyat nəticəsində Türkiyə hərbi polis qüvvələrinin Həma əyalətinin şimalındakı daha bir postunun Suriya Ordusunun mühasirəsinə düşdüyünü iddia ediblər.

Eyni zamanda Anadolu xəbər agentliyi müxalifət silahlılarının İdlib əyalətinin şərqində Hələb-Dəməşq yolu üzərində yerləşən Suraqib şəhərinə daxil olduğunu bildirib.

Hazırda Suraqib şəhərində tərəflər arasında şiddətli döyüşlərin getdiyi bildirilir.

Please publish modules in offcanvas position.