“İdlibdə Suriya ordu birləşmələrinin Türkiyə Silahlı qüvvələri mövqelərinə endirdiyi aviasiya zərbələri nəticəsində 33 əsgərimiz şəhid olub”.
“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay bölgəsinin valisi Rahmi Doğan deyib.
Yerli vaxtla 03:45-də verdiyi açıqlamasında Doğan yaralı türkiyəli əsgərlərin vəziyyəti barədə də danışıb. Doğan xəstəxanaya yerləşdirilən 32 əsgərin heç birinin həyatı üçün təhlükə olmadığını vurğulayıb.