Rus KİV-dən şok iddia: Türk ordusu rus qırıcılarını vurur!

/ Cümə, 28 Fevral 2020 15:24
Rus KİV-dən şok iddia: Türk ordusu rus qırıcılarını vurur!

Türkiyə ordusu Suriya hökumətinin mövqelərini və Rusiya təyyarələrini atəşə tutub.

Axar.az-a istinadən İslam.az xəbər verir ki, bu iddianı Rusiyanın əsas xəbər agentliyi RİA yayıb. “Rusiya24”-ə istinadla tirajlanan xəbərdə bildirilir ki, türk ordusu Suriya qüvvələrinin və Rusiya aviasiyasının olduğu nöqtələrə PZRK-lərdən zərbə endirir.

İddiada həmçinin qeyd edilib ki, aviazərbələrə cavab verilib və iki türk əsgər buna görə şəhid olub (Ötən gün iki, bu gün isə 3 türk əsgəri İdlibdə şəhid olub - red).

Bildirilir ki, Türkiyə havadan müdafiə sistemini aktiv istifadə edir. Suriya isə özünün və Rusiyanın aviasiyasını qorumaq üçün “istilik tələləri”ni işə salıb.

Türkiyə mediası və rəsmi qurumları bu toqquşma ilə bağlı heç bir informasiya yaymayıb.

Qeyd edək ki, son zamanlar İdlibdə Türkiyə ilə gərginlik fonunda Rusiya mediasının qara piar aparması diqqətlərdən yayınmır. Artıq bir neçə gündür ki, qardaş ölkə əleyhinə təbliğat xarakterli, provokasiyalı məlumatlar yayılmaqdadır.

Bu xəbərləri Rusiya nümayəndə heyətinin dünən və bu gün Türkiyə XİN-də baş tutan müzakirələrdə konkret razılığa gələ bilməməsi və üstəlik, ötən gün Kreml sözçüsü Peskovun Rusiya lideri Putnin martın 5-nə nəzərdə tutulan İstanbuldakı Suriya sammitinə (Ərdoğan, Makron, Merkel və Putinin zirvə görüşü) qatılmasının gündəmdə olmadığını bir daha qeyd etməsi fonunda tirajlanması da maraq doğurub.

Please publish modules in offcanvas position.