Bolqarıstan Türkiyə ilə sərhədə xeyli sayda hərbçi göndərir

/ Cümə, 28 Fevral 2020 17:18
Bolqarıstan Türkiyə ilə sərhədə xeyli sayda hərbçi göndərir

Bolqarıstan miqrant axınının qarşısını kəsmək üçün Türkiyə ilə sərhədə  1 000 hərbçi göndərəcək.

İslam.az “Report”-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Krasimir Karakaçanov bildirib.

Bundan başqa, Bolqarıstanın baş naziri Boyko Borisov Türkiyə sərhədi boyu nəzarətin gücləndirildiyini açıqlayıb.

Xatırladaq ki, ötən gecə İdlib bölgəsində 33 hərbçisinin həlak olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb. 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.