Çində koronavirusdan ölənlərin sayı 2,8 min nəfəri ötdü

/ Şənbə, 29 Fevral 2020 11:12
Çində koronavirusdan ölənlərin sayı 2,8 min nəfəri ötdü

Çində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. 

Qeyd edilir ki, ölkədə koronvirus qurbanlarının sayı 2 835 nəfərə çatıb. Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 39 mindən çox insan sağalıb. Virusa yoluxanların sayı isə 79 min nəfərdən çoxdur. 

Cümə günü nazirlik ölkədə 2 788 nəfərin virusdan öldüyünü xəbər verib. Bildirilib ki, 78,8 mindən çox insan virusa yoluxub, 36,1 min məfər sağalıb. 

Qeyd edək k, Çində koronavirus ilk dəfə ötən ilin sonlarında yayılmağa başlayıb. 2019-cu ilin dekabrında Çin Ümumdünya Səhiyyə Təşkilatını ölkədə yeni virus epidemiyası barədə məlumatlandırıb. 

Please publish modules in offcanvas position.