Putin: “Bizimlə vuruşmaq heç kəsin ağlına belə gəlməsin”

/ Bazar ertəsi, 02 Mart 2020 14:19
Putin: “Bizimlə vuruşmaq heç kəsin ağlına belə gəlməsin”

“Rusiya heç kimlə müharibəyə hazırlaşmır. Eyni zamanda, digər ölkələrin Moskva ilə hətta silahlı münaqişə yaratmaq barədə düşünməsini belə istisna edən vəziyyət yaradır”.  

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri ölkəsinin hərbi büdcəsinə görə, dünyada yeddinci pillədə qərarlaşdığını və bu göstərici üzrə yalnız ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan geridə qaldığını xatırladıb.

“Heç kimlə vuruşmağa hazırlaşmırıq, ancaq müdafiə sahəsində elə vəziyyət yaradırıq ki, bizimlə vuruşmaq heç kimin ağlına belə gəlməsin. Bununla yanaşı, bizim xərclərimiz ilbəil azalır, digər ölkələrdə isə artır.

Bununla belə unikal vəziyyət yaranıb. Rusiya ilk dəfə müdafiə sahəsində “qovan” ölkə olmaqdan xilas olub. Biz ilk dəfə dünyada olmayan zərbə-hücum silahları yaratdıq. İndi onlar bizə çatmağa çalışır”, - deyə Putin bildirib.

Please publish modules in offcanvas position.