Çində koronavirusdan ölənlərin sayı 3000-ə yaxınlaşdı

/ Çərşənbə, 04 Mart 2020 10:34
Çində koronavirusdan ölənlərin sayı 3000-ə yaxınlaşdı

Çində yeni növ koronavirusdan ölənlərin sayı 2983 nəfərə çatıb.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, ötən gün ərzində ölkədə 38 nəfər bu virusdan ölüb.

Onların 37-si Hubey, 1-i isə Daxili Monqolustan əyalətindəndir.

Ümumilikdə, Çin ərazisində koronavirusa yoluxanların sayı isə 80270 nəfərdir.

36432 nəfər isə koronavirus şübhəsi ilə nəzarətə götürülüb.

Eyni zamanda, 49856 nəfər sağalaraq evlərinə göndərilib.

Please publish modules in offcanvas position.