Səudiyyə Ərəbistanı ölkə vətəndaşlarının da ümrə və Mədinə ziyarətlərini dayandırıb

/ Çərşənbə, 04 Mart 2020 17:52
Səudiyyə Ərəbistanı ölkə vətəndaşlarının da ümrə və Mədinə ziyarətlərini dayandırıb

Səudiyyə Ərəbistanı koronavirusla bağlı xarici vətəndaşların ümrə və Mədinə ziyarətlərini dayandırdıqdan sonra ölkə vətəndaşlarını da eyni qadağaya şamil edib.

İslam.az bu barədə İnterAz-a istinadla xəbər verir.

Bildirilib ki, hökumət koronavirusla bağlı qabaqlayıcı tədbirlər çərçivəsində ölkə vətəndaşlarının və sakinlərinin də ümrə və Peyğəmbər məscidi ziyarətlərini dayandırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ölkədə yalnız iki nəfərin koronavirusa yoluxmasını qeydə aldığını bildirib.

Please publish modules in offcanvas position.