İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

/ Cümə axşamı, 05 Mart 2020 14:25
İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə cavab verib (VİDEO)

İsrail təyyarələri ötən gecə Livan səmasından Suriyanın Homs əyalətinə hava zərbələri endirməyə çalışıb. Havadan müdafiə cavab verib.

Islam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gecə saat 01 radələrində Livan səmasından Homs əyalətinə düşmən tərəfindən təcavüz edilib. Havadan müdafiə raketlərin hamısını havada ikən vurub.

Qeyd edək ki, İsrailin Suriyaya hava zərbələri rəsmi Dəməşqin İdlibdə radikal qruplaşmalara qarşı hərbi əməliyyat aparması və Türkiyə Ordusu ilə qarşıdurmaya daxil olması zamanına təsadüf edir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.