Moskvada Rusiya Prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.
İslam.az APA-ya istinadla verdiyi xəbərə görə, görüşdən əvvəl V. Putin Suriyada şəhid olan türk əsgərləri ilə bağlı başsağlığı verib.
Rusiya Prezidenti Suriyada baş verənlərin Türkiyə-Rusiya əlaqələrini zədələməməsi üçün danışıqların zəruriliyinə toxunub.
Türkiyə Prezidenti isə qeyd edib ki, bütün dünyanın gözü Moskvadadır: “Bu gün burada qəbul edəcəyimiz doğru qərarlar regionu da, ölkələrimizi də rahatladacaq”.