Xarici diplomatlar olan vertolyot qəzaya uğradı - Myanmada

/ Cümə, 06 Mart 2020 16:54
Xarici diplomatlar olan vertolyot qəzaya uğradı - Myanmada

Göyərtəsində xarici diplomatlar olan hərbi vertolyot Myanmanın şimalında qəzaya uğrayıb.
İslam.az Day.az-a istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərin olmadığı bildirilir.

Məlumata görə, göyərtəsində azı 15 sərnişin və ekipaj üzvləri olan vertolyot  havaya qalxdıqdan bir dəqiqə sonra yerə düşüb. Ekipaj üzvlərinin xəsarət aldığı, ölkədəki səfirliklərin hərbi attaşelərinin isə xəsarət almadıqları qeyd edilir.

Bildirilir ki, diplomatlar fevralın 28-dən martın 3-ə qədər keçirilmiş antinarkotik əməliyyatı çərçivəsində müsadirə edilmiş külli miqdarda xammala baxmaq məqsədilə uçurmuşlar.

Qəzanın səbəbləri isə hələ məlum deyil.

Please publish modules in offcanvas position.