Tunisdə bir kamikadze özünü ABŞ səfirliyi yaxınlığında partladıb (VİDEO)

/ Cümə, 06 Mart 2020 17:04
Tunisdə bir kamikadze özünü ABŞ səfirliyi yaxınlığında partladıb (VİDEO)

Tunis paytaxtında ABŞ və Misir səfirlikləri yaxınılğında partlayış törədilib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Tunis paytaxtında ABŞ və Misir səfirliklərinin yaxınlığında bir kamikadze özünü partladıb.

Məlumata görə kamikadze səfirlik yaxınlığında təhlükəsizlik qüvvələrinin onun hərəkətinə mane olmasından sonra özünü partladıb.

Bu hadisə nəticəsində 5 nəfərin yaralandığı deyilir.

Tunisin təhlükəsizlik mənbələri ərazidə tədbirləri gücləndiriblər.

Bu hücumu hələ heç bir tərəf üzərinə götürməyib.

Please publish modules in offcanvas position.