Putinin Türkiyəyə verdiyi vəd– Ərdoğan açıqladı

/ Cümə, 06 Mart 2020 17:31
Putinin Türkiyəyə verdiyi vəd– Ərdoğan açıqladı

Rusiya Prezidenti cənab Vladimir Putinlə Liviya məsələsini də müzakirə etdik.

İslam.az Axar.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə mediaya açıqlamasında deyib.

“Liviyada Xəlifə Haftar heç bir razılaşmaya əməl etmir. Eyni zamanda, ölkədə müharibəni alovlandırır. Bu vəziyyəti ABŞ, Almaniya, İtaliya kimi dövlətlər də açıq şəkildə görür. Əsasən də “Vaqner” məsələsində cənab Putinin müsbət addım atacağını düşünürəm. Beləliklə, Liviyadakı prosesin də eynilə ötən gün keçirilən görüşdə əldə edilən razılaşmalar çərçivəsində başa çatması hər ikimiz üçün vacib bir gözləntidir. Məsələni Rusiya ilə ayrıca geniş şəkildə müzakirə edəcəyik.

Rusiya bizə “Vaqner”lə bağlı bir sıra müsbət addımlar atacağı vədini verdi. Ümid edirik ki, bu müsbət addımlar reallaşacaq. Reallaşsa, həm bizim, həm də Fayez Sərracın Liviyada işi asanlaşacaq.

Bundan əlavə Liviya məsələsi ilə bağlı ABŞ-la da müzakirələr aparacağıq”, – Ərdoğan bildirib.

Please publish modules in offcanvas position.