Martın yeddisi xəyanətdə şübhələnərək saxlanılan Səudiyyə Ərəbistanı Kralının qardaşı Əhməd ben Abdel Əziz və qardaşı oğlu Məhəmməd ben Naif villalarda ev dustağı həyatı sürürürlər.
“İnterfaks” xəbər verir ki, onlar ailələri ilə görüşmək imkanı əldə ediblər.
Məlumata əsasən, şahzadələrə həyat yoldaşlarına zəng vurmağa icazə veriblər. Bundan əlavə, Əhməd qohumlarından ona əba göndərmələrini xahiş edib.
Şahzadələrin kralın səhhətinin pisləşməsi ilə əlaqədar saxlanıldığı deyilir.