Çin koronavirusa görə açdığı müvəqqəti xəstəxanaları bağlayır

/ Çərşənbə axşamı, 10 Mart 2020 14:02
Çin koronavirusa görə açdığı müvəqqəti xəstəxanaları bağlayır

Çinin Uhan şəhərində koronavirus səbəbindən açılan müvəqqəti xəstəxanalar bağlanılır.

İslam.az Oxu.az-a istinadən verdiyi məlumata görə, min çarpayılıq olan, qısa müddətdə inşa edilən xəstəxanaların müvəqqəti bağlanılması barədə qərar qəbul edilib.

Bunu Çində virusa yoluxma hadisəsinin azalması ilə əlaqələndirirlər.

Xəstəxanaların bağlanılması gərgin rejimdə işləyən tibb işçilərinin sevincinə səbəb olub.

Onlar bu xəbəri əllərində bayraqlar rəqs edərək qeyd ediblər.

Please publish modules in offcanvas position.