Pentaqon Əfqanıstandakı qüvvələrini çıxarmağa başladığını bildirib

/ Çərşənbə axşamı, 10 Mart 2020 14:08
Pentaqon Əfqanıstandakı qüvvələrini çıxarmağa başladığını bildirib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Əfqanıstandakı qüvvələrini çıxarmağa start verdiyini bildirib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Pentaqon bəyanat verib.

Bildirilib ki, Əfqanıstanla əldə edilmiş razılığa əsasən qüvvələrin çıxarılmasına start verilib və 135 gün ərzində hərbçilərin sayı 8600-ə endiriləcək.

Qeyd edək ki, ABŞ Talibanla sülh sazişi əldə etdikdən sonra bu ölkədəki qüvvələrinin çıxarılması barədə plan hazırladığını bəyan etmişdi.

Xatırladaq ki, Taliban və ABŞ 19 ildən sonra sülh sazişi əldə ediblər. Sülh sazişinə əsasən, xarici qüvvələr ölkəni 14 ay ərzində tərk edəcək, Taliban əcnəbi qüvvələrə hücumu dayandıracaq, məhbusların mübadiləsi həyata keçiriləcək və Əfqanıstandaxili danışıqlar başlayacaq.

Please publish modules in offcanvas position.