Suriya Ordusu «Cəbhətan-Nusra»nın əsas qərargahını partladıb

/ Çərşənbə axşamı, 10 Mart 2020 14:55
Suriya Ordusu «Cəbhətan-Nusra»nın əsas qərargahını partladıb

Suriya Ordusu son aylarda Hələb əyalətinin qərbi, İdlib əyalətinin şərq və cənubunda apardığı hərbi əməliyyatlar çərçivəsində ələ keçirdiyi “Cəbhətan-Nusra”nın əsas qərargahını partladıb.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, Suriya Ordusu Hələbin 15 km qərbində aşkarlanan “Cəbhətan-Nusra”nın əsas qərargahını partladıb.

Bu yeraltı qərargah “Cəbhətan-Nusra”nın lideri Əbu-Məhəmməd əl-Culaninin çıxış etdiyi qərargahdır.

Ordu Hələbin qərbində bir neçə həftə öncə aşkarlanan bu nəhəng yeraltı qərargahı partlayıcı maddələrlə partladıb.

Suriya müxalifəti mənbələrinin məlumatına görə ordu son iki aydakı əməliyyatları çərçivəsində 250-dən çox şəhər, qəsəbə və kəndi silahlı müxalifətdən geri alıb.

 

Please publish modules in offcanvas position.