Türkiyə Yunanıstanla sərhədə toplaşan köçkünlərə maddi və psixoloji dəstək göstərir

/ Çərşənbə axşamı, 10 Mart 2020 18:13
Türkiyə Yunanıstanla sərhədə toplaşan köçkünlərə maddi və psixoloji dəstək göstərir

Avropa İttifaqı ölkələrinə keçmək istəyən və Türkiyə-Yunanıstan sərhədinə toplaşan minlərlə köçkünə qardaş ölkə tərəfindən maddi və psixoloji dəstək göstərilir.

İslam.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Ədirnə şəhər valiliyi, miqrasiya xidməti başda olmaqla bir çox özəl və dövlət qurumlarının birgə təşkilatçılığı ilə köçkünlər gündə üç dəfə yeməklə təmin olunurlar. Onlara mütəmadi olaraq gigiyena vasitələri, uşaq bezləri və yeməkləri, geyim kimi gündəlik istifadə üçün vacib ləvazimatlar paylanılır. Burada onlar üçün xüsusi duş kabinalar da quraşdırılıb.

Türkiyənin “Pazarkule” sərhəd-keçid məntəqəsinə (Yunanıstana) yaxın ərazidə uşaqlara psixoloji dəstək göstərmək məqsədilə ölkənin Qızıl Aypara Cəmiyyəti tərəfindən “Mobil uşaq dostu” qoşqulu avtomobil yerləşdirilib. Mütəxəssislərdən ibarət komandanın fəaliyyət göstərdiyi dəstək mərkəzində azyaşlılarla oyunlar oynanılır, psixoloji söhbətlər aparılır. Burada hər gün təxminən 100 uşağa xidmət göstərilir.

Please publish modules in offcanvas position.