Dövlət Dumasında Böyük Vətən Müharibəsi qadın döyüşçüləri haqqında sərgi açılıb

/ Çərşənbə, 11 Mart 2020 11:45
Dövlət Dumasında Böyük Vətən Müharibəsi qadın döyüşçüləri haqqında sərgi açılıb

Dünən RF Dövlət Dumasında faşizm üzərində qələbənin 75 illiyi və 8 mart beynəlxalq qadınlar gününə həsr olunmuş “Böyük Vətən Müharibəsi Qadınları” adlı sərgi keçirilib. 4 gün ərzində davam edəcək sərgi Dövlət Duması yanında Gənclər Parlamentinin təşəbbüsü və Dövlət Dumasının Milli Məsələlər və Ailə, Qadın və Uşaq işləri üzrə Komitələrinin dəstəyi ilə keçirilir.

Tədbiri açan Milli Məsələlər üzrə Komitənin sədri Valeri Qazayev qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən bəhs edib. Çıxış edən deputatlar İldar Qilmutdinov və Ailə, Qadın və Uşaq işləri üzrə Komitənin sədri Tamara Pletneva bu sərgiyə Moskvanın Azərbaycan icmasının dəstəyini xüsusi qeyd ediblər. Bununla bağlı, təşkilatçılar icmaya öz təşəkkürünü bildirib. Sərgidə Böyük Vətən Müharibəsi veteranları azərbaycanlı snayper Ziba Qəniyeva və ilk azərbaycanlı hərbu pilot Züleyxa Səidməmmədova çıxış edərək öz döyüş yollarından danışıblar.

Qeyd etmək lazımdır ki, əhalisi 3,4 milyon (1941-ci il hesablamaları) olan Azərbaycanda hər beşinci  azərbaycanlı bu müharibədə iştirak edib. Cəbhəyə 681 min azərbaycanlı (onlardan 10 mindən çoxu qadın olmaqla) yollanmış, onlardan 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur ki, bu göstəricilər 2-ci dünya müharibəsində ABŞ və Böyük Britaniya kimi ölkələrin itkilərindən çox olmuşdur. Bu müharibədə hər onuncu azərbaycanlı həyatını itirmişdir ki, bu, SSRİ-nin digər republikaları arasında ən böyük göstəricilərdən biridir.

400 mindən çox azərbaycanlı döyüş ordeni və medallarları, 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunublar,  14 döyüşçü isə Şöhrət ordeninin tam kavalerləridirlər.

Please publish modules in offcanvas position.