Əfqanıstan hökuməti beş min Taliban məhbusunu azad etməyə başlayıb

/ Çərşənbə, 11 Mart 2020 12:20
Əfqanıstan hökuməti beş min Taliban məhbusunu azad etməyə başlayıb

ABŞ-la Talibanın sülh razılaşmasının nəticələrindən biri olaraq, Əfqanıstan prezidenti beş min əsir və məhbusun azad edilməsi barədə göstəriş verib.

Islam.az İnterAz-a istinadla xəbər verir ki, prezident Əşrəf Qəni andiçmə mərasimindən bir gün sonra Talibanın beş min üzvünün azad edilməsi barədə göstəriş verib.

Məlumata görə gələn 4 gün ərzində 1500 Taliban üzvünün azad edilməsi nəzərdə tutulub. Əfqanıstan prezidenti vurğulayıb ki, azad edilən şəxslər silaha əl atmayacaqları barədə xalq və dövlət qarşısında söz verməlidirlər.

Qeyd edək ki, Əfqanıstan prezidenti ilk reaksiyasında Talibanın bu şərtini qəbul etməmiş və belə bir qərarın çox zamana ehtiyac olduğunu demişdi.

Xatırladaq ki, Taliban və ABŞ 19 ildən sonra sülh sazişi əldə ediblər. Sülh sazişinə əsasən, xarici qüvvələr ölkəni 14 ay ərzində tərk edəcək, Taliban əcnəbi qüvvələrə hücumu dayandıracaq, məhbusların mübadiləsi həyata keçiriləcək və Əfqanıstandaxili danışıqlar başlayacaq.

Please publish modules in offcanvas position.