“Nyu York Tayms” yunan barbarlığından yazdı

/ Çərşənbə, 11 Mart 2020 12:41
“Nyu York Tayms” yunan barbarlığından yazdı

ABŞ-ın “Nyu York Tayms” qəzeti yunan hərbçilərinin sərhəddə miqrantlara qarşı qeyri-insani rəftarını sərt şəkildə qınayıb.

İslam.az Axar.az-a istinadla xəbər verir ki, qəzet yunan əsgərlərinin miqrantları tutaraq gizli mərkəzlərə apardığını yazıb.

“Yunanıstanın şimal-şərqində gizli mərkəz var. Hərbçilər burada miqrantları soyundurur, döyür və qeyri-qanuni şəkildə Türkiyə tərəfinə göndərir. Bundan başqa, Egey dənizində içində qadın və uşaqların olduğu qayıqlara təhlükəli şəkildə müdaxilə edirlər”, – məqalədə qeyd edilib.

Məqalədə sərhəddə 22 yaşlı miqrantın hadisə yerindəki videogörüntüləri və yunan əsgərləri tərəfindən öldürüldüyü də vurğulanıb.

Please publish modules in offcanvas position.