"Saudi Aramco" gündəlik neft hasilatını 13 mln. barelədək artıra bilər

/ Çərşənbə, 11 Mart 2020 14:56
"Saudi Aramco" gündəlik neft hasilatını 13 mln. barelədək artıra bilər

Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco" son 10 ildə ilk dəfə olaraq gündəlik neft hasilatını 13 mln. barelədək artırmağı planlaşdırır.

İslam.az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "Saudi Aramco"nun yaydığı bəyanatda bildirilir.

Bununla dünyanın ən böyük ixracatçısı olan Səudiyyə Ərəbistanı şirkəti Rusiya və ABŞ-ın şist istehsalçıları ilə qiymət və tədarük rəqabətində gərginliyi artırmaq istəyir.

Qeyd edək ki, bazar ertəsi Rusiyanın OPEC-lə neft hasilatının azaldılmasına dair razılığa gəlməməsi, Səudiyyə Ərəbistanı tərəfindən neftin istehsalının artırması və yayılmış koronavirusun təsiri səbəbindən dünya bazarlarında neft 31% ucuzlaşıb. Daha sonra "qara qızıl"ın qiyməti bir qədər artıb. Hazırda "Brent" markalı neftin 1 barelinin qiyməti 36,67 dollar, WTI-ın isə 33,69 dollar təşkil edir.

Please publish modules in offcanvas position.