İraq paytaxtı Bağdadın şimalında yerləşən ət-Taci hərbi qərargahına 30-dan çox raket atılıb. İki ABŞ və bir Britaniya hərbçisi ölüb.
İslam.az İnterAz-a istinadla xəbər verir ki, ötən gecə ət-Taci hərbi qərargahına xüsusilə də burada ABŞ qüvvələrinin yerləşdiyi hissəyə 30-dan çox katyuşa reketi atılıb.
FoxNews burada iki ABŞ əsgərinin, bir britaniyalının öldüyünü, ondan artıq əcnəbi hərbçinin isə yaralandığını bildirib.
İraqdakı ABŞ qüvvələri xüsusilə də Eynul-Əsəd qərargahında olan hava qüvvələrinin helikopter və təyyarələri hazır vəziyyətə gətirilib.
Raketləri atan qurğu və onu daşıyan KİA markalı kiçik yük maşını Bağdadın ər-Raşidiyyə adlanan bölgəsində aşkarlanıb.
Qasim Süleymaninin doğum gününə təsadüf edən bu hücumu hələ heç bir tərəf öhdəsinə götürməyib.