Nikol Paşinyan: “Sarkisyan 42 milyon dollarlıq silah alıb, heç nəyə yaramır, metallomdur.”

/ Cümə axşamı, 12 Mart 2020 17:54
Nikol Paşinyan: “Sarkisyan 42 milyon dollarlıq silah alıb, heç nəyə yaramır, metallomdur.”

Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün elan edilmiş referendumun təbliğat kampaniyasını Gorusdan başlayıb.

İslam.az "Minval"-a istinadən xəbər verir ki, Paşinyan burada keçmiş hakimiyyətin ünvanına ciddi ittiham səsləndirib, eks-prezident Serj Sərkisyanın orduya 42 milyon dollarlıq yararsız silah-sursat aldığını açıqlayıb.

Paşinyan bu faktı ilk dəfə açıqlayaraq deyib ki, bu faktla bağlı cinayət işi qaldırılıb və onun sözlərinə görə, keçmiş hakimiyyətin dövründə tez-tez ordu üçün yararsız sursatlar alınırdı.

“Serj Sərkisyanın hakimiyyəti 42 milyon dollara silah alıb, həmin silah ümumiyyətlə işləmir, o ümumiyyətlə heç nəyə yaramır, ancaq metallomdur. Bu adamlar 42 milyon dollar ödəyiblər. Bu silah heç nəyə yaramır, o heç silah da deyil, məlum deyil  nədir…İndi cinayət işi qaldırılıb, qoy Serj Sərkisyan gəlib buna cavab versin”,-Paşinyan bildirib.

Lakin Ermənistan baş naziri həmin silahların nədən ibarət olduğunu və hansı ölkədən alındığını deməyib.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.