Azərbaycanda daha dörd nəfərdə COVID-19 aşkarlandı

/ Cümə, 13 Mart 2020 16:09
Azərbaycanda daha dörd nəfərdə COVID-19 aşkarlandı

İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 

Məlumatda bildirilir ki, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Eyni zamanda qeyd olunub ki, bundan əvvəl xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Koronavirus infeksiyası aşkarlanan digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdirildiyi, onların səhhətinin ciddi nəzarət altında saxlanıldığı vurğulanıb. 

Please publish modules in offcanvas position.