Səudiyyə Ərəbistanı hökuməti yeni koronavirusun yayılması ilə bağlı beynəlxalq uçuşları sabahdan etibarən iki həftə müddətinə dayandırıldığını bildirib.
Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində qeyd olunur.
Martın 12-də Səhiyyə Nazirliyi ölkədə 45 nəfərin yoluxduğunu açıqlamışdı.
Son məlumata görə, Səudiyyə Ərəbistanında yoluxanların sayı 85 nəfərdir.