ABŞ-da ilk dəfə olaraq koronavirus peyvəndi test edilir

/ Bazar ertəsi, 16 Mart 2020 11:48
ABŞ-da ilk dəfə olaraq koronavirus peyvəndi test edilir

Bu gün ABŞ-da ilk dəfə olaraq koronavirus peyvəndi test ediləcək.

“HaberGlobal”ın məlumatına görə, peyvənd Vaşinqton ştatında 45 yaşlı sağlam şəxs üzərində sınaqdan keçiriləcək.

Virusa yoluxmadığı bildirilən həmin şəxsə peyvənd tətbiq edilməklə onun yan təsirləri müəyyənləşdiriləcək.

Səlahiyyətlilər koronavirusa yoluxan şəxslər arasında bu peyvəndin formalaşdırılmasının səkkiz ay və ya bir il ərzində mümkün olacağını bildiriblər.

Qeyd edək ki, dünyada 156000-dən çox insan koronavirusa yoluxub. 5800 nəfər bu virusdan həyatını itirib.

Please publish modules in offcanvas position.