İran Ermənistanın İsraildə səfirlik açmasına münasibət bildirib

/ Bazar ertəsi, 16 Mart 2020 16:42
İran Ermənistanın İsraildə səfirlik açmasına münasibət bildirib

"Ermənistanın bu addımı Fələstin xalqının mənafeyi ilə təzaddadır, eləcə də bölgənin təhlükəsizliyi və sabitliyinə mənfi təsir göstərəcək."

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bunu İran Parlamentinin sədrinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Əmir Abdullahiyan deyib.

H.Ə. Abdullahiyan mətbuata verdiyi açıqlamada Ermənistanın İsraildə səfirlik açmaq planını qınayıb və rəsmi Yerevanı bu addımı atmamağa çağırıb.

İran rəsmisi Ermənistanla rəsmi Tehranın satabil əlaqələrə malik olduğundan danışıb və rəsmi Yerevanın sözügedən planından geri addım atacağına ümidvar olduğunu bildirib.

H.Ə Abdullahiyan İsraildə səfirliyi olmayan, eyni zamanda bu dövlətlə əlaqələri normallaşdırmaq istiqamətində addımlayan ərəb dövlətlərini də tənqid edib və dünya müsəlmanlarını fələstinliləri unutmamağa çağırıb.

Please publish modules in offcanvas position.