Böyük Britaniyadan şok açıqlama: “20 min ölümlə qurtarsaq, yaxşı nəticədir”

/ Çərşənbə, 18 Mart 2020 10:47
Böyük Britaniyadan şok açıqlama: “20 min ölümlə qurtarsaq, yaxşı nəticədir”

Böyük Britaniya hökumətinin baş elmi məsləhətçisi Patrik Vallans yeni növ koronavirusun minlərlə insanın ölümünə səbəb olacağını deyib.

“Haber7”nin məlumatına görə, o, bu barədə Britaniya Parlamentinin Səhiyyə və Sosial Nəzarət Komitəsində danışıb.

Vallans Böyük Britaniyada koronavirus nəticəsində 20 min və ya daha az insanın ölməsinin “yaxşı bir nəticə” olacağını bildirib.

O, virusun hazırda ölkə ərazisində 35 mindən 55 minə qədər insana yoluxa biləcəyini qeyd edib.

Bundan əlavə, elmi məsləhətçi qrip səbəbindən ölkədə hər il 8000 insanın öldüyünü də vurğulayıb.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.