Daha bir ərəb dövləti İsrailə gedən təyyarələrin hava məkanından istifadəsinə icazə verib

/ Çərşənbə, 18 Mart 2020 17:48
Daha bir ərəb dövləti İsrailə gedən təyyarələrin hava məkanından istifadəsinə icazə verib

Sudan İsrailə gedən və buradan qayıdan təyyarələrin ölkə səmasından keçməsinə icazə verib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, latın Amerikası və Afrikaya gedən və oradan İsrailə qayıdan təyyarələr bundan sonra Sudanın hava məkanından istifadə edə biləcəklər.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Sudanın Keçid Şurasının sədri general Əbdül-Fəttah əl-Burhanla görüşünün ilk səmərəsini açıqlayan zaman bu barədə məlumat vermişdi.

Onun sözlərinə görə bu görüşün səmərələrindən biri də Sudan tərəfinin İsrail sərnişin təyyarələrinin bu ölkənin səmasından keçməsinə icazə verməsidir.

Həmçinin, Sudanın Keçid Şurasının sədri general Əbdül-Fəttah əl-Burhanın Uqandada İsrail baş naziri ilə görüşməsi həm ölkə daxilində həm də ərəb dünyasında ciddi qınaqla qarşılanıb. ABŞ dövlət katibi Mayk Pompeo bu görüşü alqışlasa və əl-Burhana təşəkkür etsə də, ərəb dünyasında sudanlı generalın addımını pisləyən mövqelər artır.

Please publish modules in offcanvas position.