Qardaş ölkənin beyin mərkəzindən Qarabağ çağırışı

/ Çərşənbə, 18 Mart 2020 18:09
Qardaş ölkənin beyin mərkəzindən Qarabağ çağırışı

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi nəzərdə tutulan qanunsuz seçkiləri pisləyən bəyanat yayıb.

İslam.az "Axar"-a istinadla xəbər verir ki, icraçı direktor Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının Azərbaycanın təhlükəsizliyi üçün nəzərəçarpan təhdidə səbəb olduğunu deyib.

“Azərbaycan regionda böyük əhəmiyyətə malik ölkədir. Beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər diqqət və vasitəçilik səylərinin olmaması iki ölkə arasında münaqişənin kəskinləşməsinə və bununla da Cənubi Qafqaz regionunda vəziyyətin destabilizasiyasına səbəb ola bilər”.

X.Əkrəm Ermənistan və müttəfiqlərini Dağlıq Qarabağdakı xaos və yüzminlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə səbəb olduqları üçün qınayıb:

“Dağlıq Qarabağ Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl Azərbaycanın çox yaxşı inkişaf etmiş regionlarından biri olub, lakin indi burada vəziyyət durğundur. Qanunsuz nəzarət region üçün heç bir fayda verməyib. Mən beynəlxalq medianı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına və çox sayda azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə diqqət ayırmağa çağırıram. Azərbaycan xalqının təhlükəsizlik və suverenliyinin təmin olunması üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən tez bir zamanda çıxarılmalıdır".

Qeyd edək ki, Qlobal və Strateji Araşdırmalar Mərkəzi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaxın tərəfdaşıdır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.