ABŞ İraqdakı hərbi qərargahlardan birini İraq Ordusuna təhvil verib

/ Cümə axşamı, 19 Mart 2020 16:02
ABŞ İraqdakı hərbi qərargahlardan birini İraq Ordusuna təhvil verib

ABŞ Ordusu İraqın Suriya ilə sərhədində yerləşən əl-Qaim hərbi qərargahını yerli qüvvələrə təhvil verib.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat yayıblar.

Bildirilib ki, artıq ABŞ qüvvələri əl-Qaim rayonundakı hərbi qərargahı yerli qüvvələrə təhvil verərək, qərargahı tərk ediblər.

ABŞ mediası iki gün öncə məlumat yayıb ki, ABŞ İraqdakı 8 qərargahdan 3-ü tərk edəcək.

Qeyd edək ki, son həftələrdə İraqda ABŞ qüvvələrinin olduğu bazalara intensiv hücumlar həyata keçirilir. Son iki hücumda iki ABŞ hərbiçisi ölüb və daha ikisi yaralanıb. 

Please publish modules in offcanvas position.