Həsən Ruhani: Koronavirusa yoluxma və ölüm halları azalmaq üzrədir

/ Çərşənbə axşamı, 24 Mart 2020 12:30
Həsən Ruhani: Koronavirusa yoluxma və ölüm halları azalmaq üzrədir

İranın prezidenti Həsən Ruhani koronavirusla bağlı iclasda ölkəsində yoluxma və ölüm hallarının azaldığını bildirib.

İslam.az Birlik.az saytına istinadla xəbər verir ki, ölkə başçısı deyib: "Müxtəlif əyalətlərdə xəstəxanalara müraciətlər azalıb və ölümlər azalma üzrədir. Hər iki xəbər bizim üçün çox mühümdür.”

O, ölkənin səhiyyə sisteminin işçilərinə göstərdikləri səylərə və fədakarlıqlara görə təşəkkür edib və əlavə edib: "Tövsiyələrə diqqət yetirən ölkəmizin insanlarına təşəkkür edirəm. Statistikalar insanların bu tövsiyələrə xüsusi diqqət yetirdiyini göstərir.”

Please publish modules in offcanvas position.