Nyu-Yorkun meri: “Koronavirusla mübarizə üçün bir həftəlik tədarükümüz qalıb”

/ Bazar ertəsi, 30 Mart 2020 12:21
Nyu-Yorkun meri: “Koronavirusla mübarizə üçün bir həftəlik tədarükümüz qalıb”

ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio bildirib ki, koronavirusla mübarizə üçün lazım olan dərman və tibbi vasitələr yalnız bu həftənin sonuna qədər çatacaq. Mer süni ağciyər ventilyasiyası cihazının çatışmazlığından da şikayət edib.

Bu barədə CNN xəbər verib.

O, tezliklə şəhər xəstəxanalarının bir neçə yüz ədəd süni tənəffüs aparatı ilə təmin edilməli olduğunu söyləyib.

Mer virusla mübarizə üçün xəstəxanalarda tibbi heyətin kifayət qədər olmadığından da gileylənib.

Please publish modules in offcanvas position.