BMT həyəcan təbili çalır: “Dünyada qida ehtiyatı tükənə bilər”

/ Çərşənbə axşamı, 31 Mart 2020 10:50
BMT həyəcan təbili çalır: “Dünyada qida ehtiyatı tükənə bilər”

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada qida ehtiyatının tükənə biləcəyini açıqlayıb.

CNBC-nin yaydığı xəbərə görə, bunun fermaların fəaliyyətinin dayandırılması və bəzi ölkələrə məhsul ixracı zəncirinin qırılması ilə əlaqədar olduğu bildirilir.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı dünyanının koronavirusa görə qarşılaşacağı təhlükəni açıqlayaraq, istehsalda yaranan fasilələrin aprel-may ayında ərzaq təhcizatı ilə bağlı problemlər yaradacağını qeyd edib.

Hələlik dövlətlərin qida ehtiyatı olduğu üçün bu vəziyyəti idarə etmək mümkün olur.

Təşkilatın mütəxəssisləri dünya dövlətlərinin böhranın daha da kəskinləşməsinin qarşısını almaq üçün tədbirləri genişləndirməli olduqlarını bildiriblər.

Xüsusilə bazarda iştirak edən dövlətlərin heyvan yemi və bitki toxumlarına çıxış imkanlarının asanlaşdırılmalı olduğu vurğulanıb.

Please publish modules in offcanvas position.