Dünyanın ən kasıb ölkəsindən Türkiyəyə dəstək

/ Çərşənbə, 01 Aprel 2020 12:24
Dünyanın ən kasıb ölkəsindən Türkiyəyə dəstək

Türkiyənin COVİD-19 epidemiyası ilə mübarizə üçün yaratdığı fonda dünyanın ən kasıb dövləti maliyyə dəstəyi göstərəcək.

İslam.az Teleqraf.com-a istinadla xəbər verir ki, Somalinin Ankaradakı səfirliyinin diplomatı bir aylıq əmək haqqını Türkiyənin koronavirusla mübarizə fonduna köçürəcək.

Diplomat Əbdilətif Hüseyn Məhəmməd sosial şəbəkə üzərindən bəyan edib ki, bir aylıq əmək haqqını fonda köçürəcək:

“Türkiyə, türk xalqı hər zaman Somali xalqıının pis günündə dostu olub. İndi Türkiyənin yanında olma zamanıdır. Biz, Somali olaraq bu kampaniyaya qoşulur və bir aylıq əmək haqqımı fonda köçürürəm”.

Please publish modules in offcanvas position.