İtaliyada koronavirus qurbanlarına görə matəm elan edildi

/ Çərşənbə, 01 Aprel 2020 13:09
İtaliyada koronavirus qurbanlarına görə matəm elan edildi

İtaliyada koronavirusdan ölən vətandaşlara görə matəm elan edilib.

“HaberGlobal” məlumat yayır ki, bu səbəbdən ölkə ərazisində bayraqlar yarıyadək endirilib.

Koronavirusdan həyatını itirən vətəndaşlar bir dəqiqəlik sükutla yad olunub.

Son məlumatlara görə, İtaliyada bu virusdan 12 428 nəfər ölüb. Onlardan 66-sı həkimdir.

Please publish modules in offcanvas position.