İraqda Amerika neft şirkəti raket atəşinə tutuldu

/ Bazar ertəsi, 06 Aprel 2020 12:07
İraqda Amerika neft şirkəti raket atəşinə tutuldu

Bu gün, bazar ertəsi, Bəsrə əyalətinin qərbində Amerikanın "Halberton" şirkətinə (İraqın cənubunda) atəş edildiyi bildirilib.

Birlik.az saytı şərq mənbələrinə istinadən xəbər verir ki, Amerikanın İraqda fəaliyyət göstərən həmin neft şirkətinə 5 raket atılıb. Məlumata görə, şirkət Bəsrənin qərbindəki neft yataqlarında yerləşir. Təhlükəsizlik mənbələri raket atılma ərazidə araşdırmaların davam etdiyini də söyləyib. Mənbə bildirib ki, raketlərdən biri İraqın ən böyük neft yatağına düşüb. İraq xəbər mənbələri həmçinin bildirib ki, həmin şirkətdə amerikan işçilər əvvəldən xaric edilmişlər, orada yalnız iraqlı işçilər qalmışdı.

Please publish modules in offcanvas position.