Koronavirusla bağlı son STATİSTİKA

/ Çərşənbə, 08 Aprel 2020 10:36
Koronavirusla bağlı son STATİSTİKA

Dünyada 1 431 951 adam koronavirusa yoluxub.

Virusdan ölənlərin sayı 82 085 nəfər təşkil edir.

302 209 nəfər isə koronavirusdan sağalıb.

Dünyada koronavirusa yoluxanların sayına görə ilk yerdə ABŞ dayanır. Ölkə ərazisində 205 nəfər koronavirusa yoluxub. Bununla da yoluxanların ümumi sayı 400 540 nəfərə çatıb.

Türkiyə ilk onluqdadır. Burada 34 109 nəfər koronavirusa yoluxub.

Koronavirusa yoluxanların sayına görə ilk üçlüyə ABŞ, İspaniya və İtaliya daxildir.

Qeyd edək ki, Çində son 24 saat ərzində koronavirusa yoluxanların sayında artım var. Ölkə ərazisində 62 nəfər koronavirusa yoluxub. Bu, bir gün əvvəlki rəqəmlə müqayisədə iki dəfə çoxdur.

Please publish modules in offcanvas position.