Husilər Səudiyyənin Yəməndə müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib

/ Cümə axşamı, 09 Aprel 2020 20:52
Husilər Səudiyyənin Yəməndə müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib

“Səudiyyə Ərəbistanın bu addımı sırf siyasi manevrədir. Yəmən mühasirədə saxlanılır və bu təcavüzün davam etdirilməsi deməkdir.”

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bunu Yəmənin "Ənsarullah" hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Buxeyti deyib.

Husi nümayəndəsi Səudiyyə Ərəbistanı hərbi koalisiyası tərəfindən Yəməndə iki həftəlik atəşkəsin elan edilməsilə bağlı iddiasına münasibət bildirib və bu addımı siyasi manevrə adlandırıb.

M. əl-Buxeyti bildirib ki, atəşkəs elan edilirsə bütün sferalarda həyata keçirilməli və mühasirə tam şəkildə qaldırılmalıdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası koronavirusla mübarizə fonunda və "BMT-nin çağırışlarını nəzərə alaraq", iki həftəlik atəşkəs elan etdiyini bildirib. Lakin bu gün Səudiyyə Ərəbistanı koalisiyası yenidən əl-Bəyda və əl-Couf əyalətlərinə hava zərbələri endirib.

Please publish modules in offcanvas position.